Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi 2020-ci illər ərzində yeni texnoloji satınalma üçün hazırladığı yol xəritəsini üzə çıxarıb.
Texnoloji Perspektiv və Qabiliyyət Yol Xəritəsi (TPCR-2018) gələcəkdə inkişafda olan texnoloji paylaşımlar üçün partnyorluq və istehsalat tənzimləmələri üzrə müdafiə sənayesinə rəhbərlik edəcək.
Həmçinin, yol xəritəsi Hindistan ordusunun gələcəkdə necə strukturlaşdırılacağını da göstərir. Yol xəritəsində 2020-ci illərdə alınacaq 221 məhsulun siyahısı açıqlanıb. Bu siyahının miqyası ordunun hər üç qolu üçün adi mərmilərdən yeni nəsil kommunikasiya ləvazimatları və yüksək enerji silahlarına qədər silahlanmanı əhatə edir.
Siyahı yeni aviadaşıyıcının alınması ilə bağlı Müdafiə Nazirliyi ilə donanma arasındakı qarşıdurmaya da son verə bilər. Cari vaxtda Hindistan bir avidaşıyıcıdan istifadə edir və birini isə tikməkdədir. Donanma üçüncü aviadaşıyıcını istəsə də, bu məsələ indiyə qədər maliyyə çatışmazlığının səbəb göstərilməsilə Müdafiə Nazirliyi tərəfindən etirazla qarşılanmışdı. Lakin siyahıda 40 illik istifadə müddətinə sahib olacaq üçüncü aviadaşıyıcının alınması qeyd olunub.
Siyahıda əsas diqqət çəkən sursatlardan biri də döyüş PUA-larıdır. Həmin PUA-lar 1500 kilometr mənzilə sahibdir və 50 min fut yüksəklikdə uçamağı bacarır.
Ağalar Ağalarlı
Ordu.az